Sinan Kaloğlu: “Xəzər Lənkəran” və “Bakı” ilə danışıqlar aparmışıq
22.01.2014 - 14:28
Sinan Kaloğlu: “Xəzər Lənkəran” və “Bakı” ilə danışıqlar aparmışıq

“Azərbaycandan təklif almağım doğrudur. Menecerim bir neçə klubla danışıqlar aparıb”. Bunu apasport.az saytına açıqlamasında “Ərciyəsspor”un futbolçusu Sinan Kaloğlu deyib.

 

Türkiyə mətbuatının iddiasına görə, Sinan Kaloğlu “Xəzər Lənkəran”a keçə bilər. “Ərciyəsspor”da heyətə düşməkdə çətinlik çəkən futbolçu isə “ağ-yaşıllar”la yanaşı, başqa klubumuzdan da təklif aldığını söyləyib: “Xəzər Lənkəran”ın məşqçisi Oğuz Çətin məni yaxşı tanıyır. Mən millinin düşərgəsində olduğum vaxtlar Çətin yığmamızın məşqçisi idi. Hazırda Mustafa Dənizlinin köməkçisi işləyir. Mustafa hoca ilə birlikdə işləmək imkanım olmasa da, məni yaxşı tanıyır. “Xəzər Lənkəran”dan başqa, menecerim sizin “Bakı” komandası ilə də danışıqlar aparıb. Bundan başqa, bəzi Superliqa klubları ilə də söhbətimiz olub. Hazırda hər şey mənə bağlıdır. Seçimi özüm edəcəyəm”.