[b]Skolari istefaya göndərilir [/b]
10.07.2014 - 11:16
[b]Skolari istefaya göndərilir [/b]

Dünya çempionatının III yer uğrunda oyunu Luis Felipe Skolarinin Braziliya millisində son matçı olacaq. Apasport.az saytının məlumatına görə, bunu Braziliya Futbol Konfederasiyasının yeni vitse-prezidenti Delfim Peyşotu açıqlayıb.

 

Bu yaxınlarda vəzifəsinin icrasına başlayacaq braziliyalı yeni rəhbərliyin baş məşqçi dəyişikliyi edəcəyini bildirib: “Skolari bir də Braziliya yığmasında olmayacaq. Onu heç vaxt qaytarmayacağıq. Skolari bizim üçün yükdür”.

 

2002-ci ildə Braziliyaya son çempionluğu qazandıran Skolari yarımfinalda Almaniyaya 1:7 hesablı məğlubiyyətdən sonra ölkəsindəki bütün nüfuzunu itirib. Artıq onun yerinə “Korintians”ın baş məşqçisi tam adı Adenora Leonardo Bakki olan Titenin gətiriləcəyi iddia edilir.