[b]Skolari Premyer Liqa yolunda[/b]
06.04.2018 - 13:20
[b]Skolari Premyer Liqa yolunda[/b]

Braziliya və Portuqaliya yığmasının sabiq baş məşqçisi Luis Felipe Skoları İngiltərə klubunu çalışdıra bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Vest Bromviç” təcrübəli mütəxəssisin xidmətində maraqlıdı.

 

Alan Pardyunu istefaya göndərən Premyer Liqa təmsilçisi Skolari ilə danışıqlara start verib. 56 yaşlı mütəxəssis açıqlamasında “Vest Bromviç”də çalışacağını istisna etməyib. O, hətta komandanın Premyer Liqanı tərk etmək təhlükəsinin də qərarını dəyişməyəcəyini vurğulayıb: “Komanda hazırda Premyer Liqada çıxış edir. Çempionşipdə çalışmağın da əleyhinə deyiləm. Amma bunun üçün minimum 2 illik müqavilə olmalıdı”.

 

Qeyd edək ki, “Vest Bromviç” Premyer Liqada 32 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

0