[b]Slavço Georgiyevski “İnter”dən Hindistana gedir [/b]
14.05.2014 - 15:24
[b]Slavço Georgiyevski “İnter”dən Hindistana gedir [/b]

“İnter”dən ayrıla biləcəyimlə bağlı yayılan xəbərlər normaldır”. Bunu apasport.az saytına “İnter” klubunun futbolçusu Slavço Georgiyevski deyib.

 

Gələcək karyerası barədə danışan makedoniyalı legioner paytaxt təmsilçisindən ayrılacağını istisna etməyib: “Bu mövsüm demək olar oynamadım. Əlbəttə, “İnter”dən ayrıla bilərəm. Elə çox güman ki, də buranı tərk edəcəm. Komanda rəhbərliyi ilə heç bir danışığım olmayıb. Başqa iki təklifim var. Yaponiya və Hindistandan təklif almışam. Mövsüm sona çatdıqdan sonra hər şeyi dəyərləndirəcəm. Makedoniyaya isə qayıtmaq variantım yoxdur”.