“Roma”nın qapıçısı Morqan de Sanktis komandasının çempionluq şansları barədə danışıb. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper artıq A seriyasının qalibi olmağın mümkün olmadığını bildirib.
İtaliya çempionatının XXVI turu çərçivəsində “Kyevo” ilə (0:0) heç-heçə edən “canavarlar”ın qapıçısı reallıqla barışmaq lazım olduğunu deyib: “Məncə, “Skudetto” uğrunda mübarizə aparacağıq” deməklə artıq özümüzü və azarkeşləri aldatmamalıyıq. Hazırkı vəziyyətdə “Skudetto” bizlik deyil. 10 oyunun 8-də heç-heçə edən komanda necə çempion ola bilər?”.
Qeyd edək ki, “Roma” hazırda A seriyasında lider “Yuventus”dan 8 xal geri qalır.