Azərbaycan millisi bu gün açıqlanan FİFA reytinqində 7 pillə irəliləməklə 108-ci pilləyə yüksəlib. Apasport.az saytının məlumatına görə, bu nəticə yığmamızın son 10 ay üçün ən yüksək göstəricisidi.
Belə ki, 2014-cü ilin oktyabrında 31 pillə geriləyib, 126-cı yerə yuvarlanan komandamız o vaxtdan belə yüksəyə qalxmamışdı. Bu müddətdə ən yaxşı halda 115-ci olan milli 139-cu pilləyədək aşağı da enmişdi.
Son 10 ay üçün rekord müəyyənləşdirən komandamız axırıncı dəfə ötən ilin sentyabrında daha yaxşı mövqedə olmuşdu. Həmin vaxt ilk “100-lük”də qərarlaşan yığma 95-ci pillədə yer almışdı.