[b]Son turun təyinatları açıqlandı: Fariz Yusifov mərkəzi oyunda[/b]
19.05.2016 - 17:54
[b]Son turun təyinatları açıqlandı: Fariz Yusifov mərkəzi oyunda[/b]

Topaz Premyer Liqasında XXXVI turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək son turun görüşləri təcrübəli referilərə həvalə edilib.

 

Gəncədə “Kəpəz”lə “Qəbələ” arasında baş tutacaq prinsipial qarşılaşmada FİFA referisi Rəhim Həsənov ədalət təmsilçisi olacaq. “İnter”in “Zirə”ni qəbul edəcəyi mərkəzi oyun isə təcrübəli Fariz Yusifova həvalə edilib.

 

20 may (cümə)

 

17:00. “Rəvan” – “Xəzər Lənkəran”

Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov

AFFA nümayəndəsi: Şaiq  Həmidov                        

Hakim-İnspektor: Məhəmməd  Məmmədov

“Bayıl Arena”

 

17:00. “Kəpəz” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Nüvər  Xasıyev                      

Hakim-inspektor: Füzuli  Nəcəfov

Gəncə şəhər stadionu

 

17:00. “İnter” – “Zirə”

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov

AFFA nümayəndəsi: Vaqif  Davudov                      

Hakim-inspektor: Gülağa  Cabarov

“İnter Arena”

 

19:00. “Qarabağ” – AZAL

Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi : Ramiz  Mustafayev              

Hakim-inspektor: Məlik  Həsənov

Azersun Arena

 

19:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov

AFFA nümayəndəsi : Ramiz  Abdullayev               

Hakim-inspektor: Xaqani  Məmmədov

8-ci km qəsəbə stadionu

 

0