[b]Sonuncu yarımfinalçı “Yuventus” oldu[/b]
04.01.2018 - 01:50
İtaliya Kubokunda 1/4 finalın sonuncu oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, A seriyasında turnir cədvəlində lider “Napoli”dən sonra ikinci öillədə qərarlaşmış “Yuventus” həmşəhərlisi “Torino”nu qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Yuventus” yarımfinala adlayan sonuncu – 4-cü komanda olub.
Onlar bu mərhələdə “Atalanta” ilə qarşılaşacaqlar.
Qeyd edək ki, yarımfinalın digər matçında isə “Milan”la “Latsio” üz-üzə gələcək.
İtaliya Kuboku
1/4 final
“Yuventus” – “Torino” – 2:0
Qollar: Duqlas Kosta, 15, Mancukiç, 67
0
0