[b]Ştefan Kunts Bakıya gətirəcəyi heyəti açıqladı[/b]
06.11.2017 - 10:40
[b]Ştefan Kunts Bakıya gətirəcəyi heyəti açıqladı[/b]

21 yaşadək futbolçulardan ibarət Almaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Ştefan Kunts noyabrın 9-da Azərbaycan, 14-də İsrailə qarşı keçiriləcək görüşlərdə güvənəcəyi futbolçuları müəyyənləşdirib.

 

55 yaşlı mütəxəssis bu iki qarşılaşmaya 22 futbolçu dəvət edib. Bu oyunçuların hamısı Almaniya klublarında çıxış edir.

 

Qeyd edək ki, noyabrın 9-da baş tutacaq Azərbaycan – Almaniya matçı “Dalğa Arena”da keçiriləcək. Oyun saat 18:00-da başlayacaq.

 

Qapıçılar: Svend Brodersen (“Sankt Pauli”), Nils Korber (“Prussen Munster”), Aleksander Nubel (“Şalke”);

Müdafiəçilər: Valdemar Anton (“Hannover”), Timo Baumqartl (“Ştutqart”), Bencamin Henriş (“Bayer”), Ceyms Horn (“Köln”), Tilo Kehrer (“Şalke”), Lukas Klostermann (“Leypsiq”), Paskal Stenzel (“Frayburq”), Cordan Torunariqa (“Herta”);

Yarımmüdafiəçilər: Nadiem Amiri, Dennis Qeyqer, Filip Oş (hamısı “Hoffenhaym”), Mahmud Dahud (“Borussiya” D), Marsel Hartel (“Union”), Eduard Loven (“Nürnberq”), Florian Neuhaus (“Fortuna”), Levin Öztunalı (“Mayns”);

Hücumçular: Canni Serra (“Borussiya” D), Aron Seydel (“Holsteyn”), Sedrik Teuçert (Nürnberq”).