Türkiyə Kubokunda 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Super Liqa təmsilçiləri aşağı dəstə klubları ilə qarşılaşıblar.
“Beşiktaş” “Malatyaspor”un qapısından 9 cavabsız qol keçirib. “Qalatasaray” isə “Sivas Bələdiyəspor”u 5:1 hesabı ilə darmadağın edib.
“Osmanlıspor”, “Gənclərbirliyi” və “Akhisar Bələdiyə” də ilk oyunlarını qələbə ilə başa vurublar.
Türkiyə Kuboku
1/16 final, ilk oyunlar
28 noyabr
“Qarsspor” – “Gənclərbirliyi” – 1:2
Qollar: Akıncı, 86 – Duruer, 52, Muriqi, 69
“Beşiktaş” – “Manisaspor” – 9:0
Qollar: Neqredo, 15, 68, 79, 85, Lens, 23, 41, 71, Orkun, 32, Mustafa, 86
“Ankara Dəmirspor” – “Akhisar Bələdiyə” – 0:3
Qollar: Öksüz, 20, Hora, 23, Barboza, 69
“Osmanlıspor” – “Yeni Malatyaspor” – 3:1
Qollar: Dukara, 28, Reqattin, 74, Kılıç, 88 – Denninq, 57
“Qalatasaray” – “Sivas Bələdiyəspor” – 5:1
Qollar: Yasin, 4, 75, Emrah, 70, Sinan, 87, Eren, 90
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- İspaniya klubunda bədbəxt hadisə - QAPIÇI xəstəxanaya yerləşdirildi