[b]Superqa qəzası: Bonomi və Matsolanın hekayəsi - QEYD[/b]
04.05.2018 - 16:20
[b]Superqa qəzası: Bonomi və Matsolanın hekayəsi - QEYD[/b]

1929-cu ildə Adda çayının kənarında oynayan Andrea Bonomi tarazlığını itirərək, suya düşür. Üzə bilmədiyindən, boğulmaq təhlükəsi ilə üzləşir. Ancaq oradan keçən 10 yaşlı bir uşaq son anda onu xilas edir. Həmin Bonomi 1941-ci ildə "Milan"da futbola başlayır və sonradan komandanın əvəzolunmaz oyunçularından birinə çevrilir.

 

1949-cu ilin 4 mayında Superqa təyyarə qəzası baş verir. İtaliya tarixinin ən güclü heyətlərindən biri hesab olunan - "Grande Torino"nun futbolçuları qəza nəticəsində həlak olurlar. Onların sırasında Andrea Bonominin qəhrəmanı, 10 yaşı olarkən onun həyatını qurtaran "Torino" əfsanəsi Valentino Matsola da var idi.

Foto 1948-ci ildə oynanılan "Milan" - "Torino" görüşündəndi. Kapitanlar - Andrea Bonomi və Valentino Matsola yan-yana.

 

P.S "Benfika" ilə yoldaşlıq görüşündən qayıdan "Torino" heyətini daşıyan "FIAT G-121CP" təyyarəsinin Superqa yaxınlığında uğradığı qəzadan 69 il ötür. Qəza nəticəsində, o dönəmin əfsanəvi "Torino" heyətinin bütün üzvləri dünyalarını dəyişib.

Rüfət Məcid

0