Bakının “Keşlə” klubu gürcüstanlı baş məşqçisi Zaur Svanadze ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 2015-ci ilin yayından paytaxt klubuna rəhbərlik edən mütəxəssis yetirmələrini 94 matça çıxarıb.
Premyer Liqanın X turunun “Kəpəz”lə görüşünədək “İnter” adlanan Bakı klubunun yeni adla çıxdığı ilk matç Svanadze üçün sonuncu olub. Bu oyunadək gürcüstanlı 93 qarşılaşmada komandasına rəhbərlik etmişdi.
Bakılılar Svanadzenin rəhbərliyi altında 37 qələbə qazanıb, 28 heç-heçə etmişdi ki, 29-cu məğlubiyyət sonuncu olub. 112 qol vuran Svanadzenin yetirmələri Gəncə klubuna 0:2 hesabı ilə uduzduğu qarşılaşmada 99-cu topu buraxıb. Bu “99” da onun komandasında gördüyü sonuncu qol olub.
Svanadze öncə “İnter”, sonda “Keşlə”ni ümumilikdə Azərbaycan çempionatında 74, ölkə kuboku və avrokuboklarda eyni sayda 10 görüşə çıxarıb.
|
turnir |
O |
Q |
H |
M |
T |
X |
|
çempionat |
74 |
29 |
23 |
22 |
85-75 |
110 |
|
kubok |
10 |
4 |
1 |
5 |
15-14 |
13 |
|
avrokubok |
10 |
4 |
4 |
2 |
12-10 |
16 |
|
cəmi |
94 |
37 |
28 |
29 |
112-99 |
139 |
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi