[b]85 gündən sonra [/b]
03.12.2014 - 21:26
[b]85 gündən sonra [/b]

“İnter”in hücumçusu Baçana Sxadadze üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, gürcüstanlı futbolçu Azərbaycan kubokunun 1/8 final mərhələsində 85 gündən sonra sevinib.

 

Belə ki, Baçana “İnter Arena” stadionunda “Şahdağ”la (3:0) keçirilən matçda uzun aradan sonra qol “orucu”nu pozmağı bacarıb. Meydana start heyətdə çıxan Sxadadze qarşılaşmanın 11-ci dəqiqəsində hesabı açıb. Penaltidən fərqlənən gürcü oyunçu 85 günlük qol vura bilməməsinə son qoyub.

 

Qeyd edək ki, “bankirlər”in baş məşqçisi Kaxaber Sxadadzenin oğlu sonuncu dəfə Topaz Premyer Liqasının VI turunda “Bakı” ilə matçda dubl edib. 44 və 48-ci dəqiqələrdə fərqlənən forvard komandasının 7:0 hesabı ilə qələbə qazanmasında pay sahibi olub. Sözügedən matçdan bir neçə tur sonra zədələnən Baçana ötən tur “Bakı” ilə matçda forma geyinməyi bacarıb. O, görüşün 80-ci dəqiqəsində Franka Nildonun əvəzinə meydana daxil olub.