[b]Sxadadze belə getdi...[/b]
26.05.2015 - 13:33
[b]Sxadadze belə getdi...[/b]

“İnter”də Kaxaber Sxadadze dönəmi başa çatdı. Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis bundan sonra Gürcüstan yığmasında çalışacaq.

 

Topaz Premyer Liqasının XXXV turunda ölkə çempionu “Qarabağ” üzərində 2:1 hesablı qələbədən sonra Sxadadze ölkəmizdən ayrılmağa qərar verib. Vətəninə çempiona qalib gələn mütəxəssis kimi yollanan gürcüstanlı mövsümün son turunun “Sumqayıt”la qarşılaşmasını gözləməyib.

 

Bununla, onun “İnter”dəki 6 illik fəaliyyəti başa çatıb. Bu müddətdə komandanı 195-i Premyer Liqada olmaqla, 245 matça çıxaran mütəxəssis 128 qələbənin memarı olub. Qələbələrin 99-u Premyer Liqaya təsadüf edib.

 

Azərbaycandakı ikinci dönəmini “İnter”də keçirən Sxadadze paytaxt təmsilçisi ilə ölkə çempionu və “Birlik kuboku”nun qalibi titullarına yiyələnib. Bundan başqa, 2 gümüş və 1 bürünc də əldə edən mütəxəssis ölkə kubokunun finalının da həyəcanını yaşayıb.

 

2008-ci ildə digər klubumuz “Standard”ı da çalışdıran Sxadadze Azərbaycan təmsilçilərini 221-i çempionatda olmaqla, 275 görüşə çıxarıb. O, Premyer Liqada 110, ümumilikdə 139 qələbəyə sevinib.

 

 

klub

turnir

O

Q

H

M

T/F

X

Standard

Premyer Liqa

26

11

5

10

29-24

18

Standard

Kunok

4

0

1

3

4-9

2

Standard

CƏMİ

30

11

6

13

33-23

40

İnter

Premyer Liqa

195

99

56

40

257-148

353

İnter

Kubok

28

16

9

3

49-19

57

İnter

Birlik kuboku

6

5

1

0

16-0

16

İnter

Avrokuboklar

16

8

3

5

23-15

27

İnter

CƏMİ

245

128

69

48

345-182

453

CƏMİ

Premyer Liqa

221

110

61

50

286-172

391

CƏMİ

kubok

32

16

10

6

53-28

59

CƏMİ

Birlik kuboku

6

5

1

0

16-0

16

CƏMİ

Avrokuboklar

16

8

3

5

23-15

27

YEKUN

 

275

139

75

61

378-215

493

 

Qeyd: penaltilər seriyası və texniki nəticə top fərqində əks olunmayıb. Cəzalı olduğu müddətdəki oyunlar da onun hesabına yazılıb.