[b]Sxadadze Gürcüstan yığmasına “İnter”dən 3 futbolçu çağırdı[/b]
05.06.2015 - 20:09
[b]Sxadadze Gürcüstan yığmasına “İnter”dən 3 futbolçu çağırdı[/b]

Gürcüstan milli komandasının Polşa ilə AVRO-2016 seçmə mərhələsi və Ukrayna ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kaxaber Sxadadzenin milli komandaya dəvət etdiyi futbolçular arasında tanış adlar da var.

 

Belə ki, ötən mövsümü Bakının “İnter” klubunun heyətində keçirmiş, hazırda isə komandanın maddi vəziyyəti ilə əlaqədar olaraq komandanı tərk etmiş üç futbolçu – Aleksandr Amisulaşvili, Laşa Salukvadze və Baçana Sxadadze də Gürcüstanın əsas komandasına dəvət alıblar.

 

 

Maraqlıdı ki, UEFA-nın rəsmi saytı hər üç futbolçunu hələ də “İnter”in futbolçusu kimi qeyd edib.