[b]Sxadadze Şpiçiçi niyə oynatmır?[/b]
02.12.2014 - 13:24
[b]Sxadadze Şpiçiçi niyə oynatmır?[/b]

Sabah ölkə kubokunun 1/8 final mərhələsində “Neftçala”, dekabrın 7-də isə çempionatda AZAL-la qarşılaşacaq “İnter” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda hələlik gündə 1 məşqlə kifayətlənir.

 

Heyətdə cəzalı futbolçu yoxdu, zədəlilər də artıq sıraya dönüblər.

 

Ötən tur “Bakı” ilə görüşün son dəqiqələrində meydana daxil olan Baçana Sxadadze artıq tam hazırdı. Müdafiəçi Matiya Şpiçiç isə əvvəlki formasını bərpa etməklə məşğuldu. Xorvatiyalı futbolçu zədəsini tam sağaldaraq, kollektivlə məşqlərdə iştirak etsə də, məşqçilər korpusu onun adını “18-liy”ə daxil etmir. Baş məşqçi Kaxaber Sxadadze hələlik Şpiçiçin hazırlıq səviyyəsindən razı deyil.