[b]Syerra Leone millisinin sabiq üzvləri “Rəvan”da![/b]
05.08.2015 - 13:16
[b]Syerra Leone millisinin sabiq üzvləri “Rəvan”da![/b]

“Rəvan” Mindauqas Kalonasdan sonra daha iki sabiq futbolçusunu geri qaytarıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi Şeriff Suma və yarımmüdafiəçi Samuel Barlay yenidən paytaxt klubunda çıxış edəcək.

 

Syerra Leone millisində çıxış etmiş Barlayla Suma artıq Bakıdadılar. Futbolçuların rəhbərliklə görüşü uğurlu nəticələnib və onlarla müqavilə imzalanması qərara alınıb. Çempionatın startına qədər hər iki oyunçu rəsmi sazişə qol çəkəcək.

 

Qeyd edək ki, Şeriff Suma 2011-2012-ci illərdə, Samuel Barlay isə 2011-2013-cü illərdə "Rəvan"ın şərəfini qoruyub. Barlay həmçinin ölkəmizdə "Muğan" (2010-cu il) və AZAL-ın (2013-14-cü il) da formasını geyinib.