“Qarabağ”ın bugünkü səviyyəyə çatmasına görə Azərbaycan xalqını təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
O, Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində sabah Bakıda “İnter”lə keçiriləcək oyundan danışıb: “Bu, bizim üçün böyük uğurlardan biridi. Həmçinin də böyük qürurdur ki, “Qarabağ” adını Avropaya tanıtdırırıq. Sabah Azərbaycan xalqını “Qarabağ”ı dəstəkləməyə dəvət edirəm. “İnter”lə görüşdən əvvəl komandaya baş çəkdim. Mükafata gəldikdə isə İtaliya klubunu məğlub etməyimiz, özü böyük bir mükafat olacaq. Bunu maddiyyatla ölçmək lazım deyil”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı