[b]Tahir Gözəl sayılmayan qol haqda: Çox məyusuq...[/b]
11.12.2014 - 23:36
[b]Tahir Gözəl sayılmayan qol haqda: Çox məyusuq...[/b]

“Çox məyus olduq. Amma bütün Azərbaycan xalqı “Qarabağ”la fəxr edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində bu gün keçirilən “Qarabağ” – “İnter” matçından sonra Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl deyib.
 

“Qarabağ”ın yaxşı oynadığını bildirən Gözəl komandası ilə qürur duyduğunu deyib: “Özünüz də gördünüz ki, güclü komanda kim idi. Qol vəziyyətlərini yaratsaq da, istifadə edə bilmədik. Halbuki, qələbə qazanmaq şansımız var idi. Komandamda qürur duyuram”.
 

Ağdam klubunun vitse-prezidenti “Qarabağ”ın sayılmayan qoluna da toxunub: “Mən durduğum yerdən bəlli deyildi ki, ofsayd var idi, ya yox? Amma məşqçilər korpusu epizodun təhlilini aparacaq. Son saniyələrdə vurduğumuz qolun sayılmaması bizi çox məyus etdi. Yenə də hamınıza bu müddət ərzində “Qarabağ”a dəstək olduğunuz üçün minnətdaram”.