[b]Tahir Gözəl: Xocalı faciəsi cahilliyin törətdiyi qətliamdı[/b]
26.02.2015 - 17:24
[b]Tahir Gözəl: Xocalı faciəsi cahilliyin törətdiyi qətliamdı[/b]

“Yüzlərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməz. Xocalıda baş verənlər insanlıq üçün utancvericidi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

 

Xocalı faciəsinin 23-cü ildönümündə klubu ziyarət edən vitse-prezident qətliam qurbanlarının xatirəsinin yad olunmasını özünə mənəvi borc bildiyini söyləyib. Bir dəqiqəlik sükutdan sonra çıxış edən Tahir Gözəl 1992-ci ildə baş verən faciənin bir millətin, xalqın deyil, bütün bəşəriyyətin üzüntüsü olduğunu vurğulayıb: “Xocalıda qətl edilən uşaqlar sadəcə Azərbaycanın deyil, bütün insaniyyətin övladları idi. Hər birimiz insanıq, yaradılış qayəmizdə qan tökmək, pislik etmək yoxdu. Bu, qətliamdı. Tarixi yaşatmaq, tarix üçün şəhid düşənlərin xatirələrinin yaşadılması üçün hər birimiz üzərimizə düşən vətəndaşlıq görəvini artıqlaması ilə yerinə yetirməliyik. Qarabağ adını ən qürurlu şəkildə daşımağa çalışırıq. “Qarabağ” 1 milyon məcburi köçkünün Qarabağ sevdasının təsəllisidi. Qarabağ adı bizi daha məsuliyyətli olmağa vadar edir. Hər kəsi Xocalı faciəsini düşünməyə çağırıram. İnsanlıq tarixində bir daha belə faciələr yaşanmaması üçün insanlıq sevgisi ilə yaşamaq lazımdı”.