[b]Təmsilçimiz Prosineçkinin həmvətənləri ilə qarşılaşacaq[/b]
03.12.2015 - 18:17
[b]Təmsilçimiz Prosineçkinin həmvətənləri ilə qarşılaşacaq[/b]

Bu gün UEFA Regionlar Kubokunun da püşkü atılıb. Apasport.az saytının məlumatına,  görə, həvəskarların avrokubok turnirində 38 ölkə təmsil olunacaq.

 

Azərbaycan çempionu da daxil olmaqla, digər 30 ölkə təmsilçisi seçmə mərhələdən mübarizəyə başlayacaq.

 

Təmsilçimiz Macarıstan, Xorvatiya və Finlandiya ilə birlikdə VIII qrupda çıxış edəcək.

 

Azərbaycan çempionunun yer aldığı qrup oyunlarının hansı tarixdə keçiriləcəyə hələlik bəlli deyil.

 

Qeyd edək ki, qrup birinciləri turnirin final mərhələsinə vəsiqə əldə edəcəklər.