[b]Tərlan Əhmədov: Aqressiv futbol sərgiləyə bilmədik[/b]
07.12.2014 - 20:15
[b]Tərlan Əhmədov: Aqressiv futbol sərgiləyə bilmədik[/b]

“Rəqibi təbrik edirəm. Son oyunlarda komandamız yaxşı çıxış edirdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər AZAL-ın baş məşqçisi Tərlan Əhmədova məxsusdu.

 

Gənc çalışdırıcı Topaz Premyer Liqasının XV turu çərçivəsində səfərdə “İnter”ə 1:0 hesabı ilə məğlub olmalarına şərh verib: “Biz son 5 turda çox qol vurur, çox da qol buraxırdıq. Bugün isə hücumda kəsərli ola bilmədik. Oyunda qələbə qazana bilərdik. Amma şanslardan istifadə olunmadı. Matçdan razı qalmadım. Çünki aqressiv futbol sərgiləyə bilmədik. Ola bilər ki, futbolçularda müəyyən arxayınlıq yaranıb. Bunu araşdıracağıq. Stadionda fanat az idi. Ümid edirəm ki, qarşıdakı vaxtlarda oyunlarımıza maraq artar".(pfl)