[b]Tərlan Əhmədov: Rəşad bu hərəkəti etməməli idi[/b]
08.03.2015 - 19:14
[b]Tərlan Əhmədov: Rəşad bu hərəkəti etməməli idi[/b]

“Açığı, ilk dəfə idi ki, oyuna görə bu qədər narahat idim”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Gənc çalışdırıcı Topaz Premyer Liqasının XXV turu çərçivəsində evdə “Bakı” üzərində qazanılan 2:0 hesablı qələbəyə şərh verib: “Çünki bu tip oyunlara komandanı kökləmək çox çətin olur. İlk hissədə yaxşı oynaya bilmədik. İkinci hissədə isə toparlanıb, qələbə qazandıq. “Bakı” ilə oyunu unudub, “Neftçi” ilə kubokun cavab oyununa hazırlaşmalıyıq. Rəşad Abdullayev oyunda qırmızı vərəqə aldı. Hər halda, yan xətt hakimi bunu dəqiq gördü. Rəşad bu hərəkəti etməməli idi. Əgər Rəşad qırmızı vərəqə aldısa, burada hakimin günahı yoxdur, futbolçunun günahı var”. (pfl)