[b]Təxirə salınmış oyun cədvəli dəyişmədi[/b]
25.10.2017 - 20:49
[b]Təxirə salınmış oyun cədvəli dəyişmədi[/b]

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 6-cı turdan təxirə salınmış bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Zirə” “İnter”lə qarşılaşıb.

 

Oyunda qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran komandalar hərəyə bir xal qazanıblar.

 

Qeyd edək ki, bu nəticə mövcud cədvəldə dəyişikliyə səbəb olmayıb.

 

“Zirə” 19 xalla ikinci, “İnter” isə 8 xalla 8-ci pillədəki yerini qoruyub.

 

Əvəzedicilərin çempionatı

VI turdan təxirə salınan oyun

25 oktyabr

 

“Zirə” – “İnter” – 1:1
Qollar:
 Muxtar Əliyev, 58 (pen.) – Emil Əliyev, 64