[b]Təxirə salınmış oyuna təyinatlar açıqlandı[/b]
10.05.2018 - 16:14
[b]Təxirə salınmış oyuna təyinatlar açıqlandı[/b]

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında təxirə salınmış oyuna təyinatlar açıqlanıb. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, XXII turdan təxirə salınmış yeganə qarşılaşmanı Elçin Səmədli idarə edəcək.

 

O, sabah baş tutacaq “Marafon Futsal” - “FK.İD.Futsal” görüşünün əsas hakimi olacaq. Matç “Olimpik Star”da keçiriləcək.

 

Yüksək Liqa

XXII tur

11 may

14:00. “Marafon Futsal” - “FK.İD.Futsal”

Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Hikmət Qafarlı

Hakim-inspektor: Şahin Cəfərov

“Olimpik Star”