[b]Təxirə salınmış oyunda qalib olmadı[/b]
05.01.2018 - 01:54
İngiltərə Premyer Liqasında XXI turdan təxirə salınmış bir oyun baş tutub. Apasport.az saytının məlumatına görə, “Tottenhem” “Vest Hem”i qəbul edib.
Matçda qalib müəyyənləşməyib. “Çəkicdöyənlər” Obianqın 70-ci dəqiqədəki qolu ilə səfərdə önə keçsələr də, bundan 14 dəqiqə sonra “Tottenhem”in koreyalı oyunçusu Son nəticəni müəyyən edib – 1:1.
Bu nəticə ilə xalını 41-ə yüksəldən “Tottenhem” turnir cədvəlinin 5-ci pilləsində qalıbsa, 22 xallı “Vest Hem” 15-ci pilləyə irəliləyib.
0
0