[b]Tomas Şaaf: Emil Balayev "Ayntraxt"da qala bilər [/b]
01.12.2014 - 13:20
[b]Tomas Şaaf: Emil Balayev "Ayntraxt"da qala bilər [/b]

“Emil Balayev həm gənc, həm də maraqlı insandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubunun baş məşqçisi Tomas Şaaf deyib.

 

Frankfurt təmsilçisinin çalışdırıcısı komandasının düşərgəsində baxışda olan Emil Balayev haqda danışıb.

Şaaf Azərbaycan millisinin və “Neftçi”nin 20 yaşlı qolkiperi haqda qısa fikir bildirməklə kifayətlənib: “Balayevin klubumuzdakı gələcək karyerasına şərh vermək istəmirəm. Bir neçə gündü düşərgəmizdədi. Bu üzdən nəsə demək hələ tezdi. Amma onun komandamızda qalmaq şansı var”.

 

Qeyd edək ki, “Ayntraxt”ın qapıçı axtarışına çıxmasının əsas səbəbi də məlum olub. Təcrübəli Timo Hildebrandın klub rəhbərliyinə müqavilədən azad edilməsi ilə bağlı müraciəti və karyerasını ABŞ-da davam etdirmək istəyi bunun əsas səbəbidi.