[b]Topaz Premer Liqasının hegemonları: Reynaldo, “Qarabağ” və Braziliya[/b]
22.05.2014 - 13:08
[b]Topaz Premer Liqasının hegemonları: Reynaldo, “Qarabağ” və Braziliya[/b]

“İnter”in futbolçusu Dieqo Madriqal turun futbolçusu adına layiq görülən ilk kosta-rikalı olub. Apasport.az saytının hesablamalarına görə, Topaz Premyer liqasının 2013/14 mövsümündə “İnStat Football” şirkətinin PFL-ə təqdim etdiyi statistikalara əsasən Madriqal buna nail olan ilk şimali amerikalıdır.

Ümumilikdə isə cari mövsümün 36 turunda 13 ölkə təmsilçisi ən yaxşı seçilib. Təbii ki, milliləşən oyunçuları futbolçu kimi yetişdiyi ölkənin təmsilçisi kimi saymaq şərtilə. Daniel Subotiç İsveçrə, Abdulla Abatsiyev Rusiya, Andrey Popoviç Ukraynanın yetirməsi olduğundan onlar məhz bu ölkələrin nümayəndəsi kimi qeyd olunub. Bu hesablamalarla Braziliya təmsilçiləri mövsümün 12 turunda - 1/3-də ən yaxşı olublar. Abdulla ilə Andreyin milliləşdiyini saysaq, Azərbaycan da eyni göstəriciyə malik olardı.

Braziliyanın uğurunun yarısı Reynaldonun hesabındadır. Ondan başqa, daha 3 oyunçu ən azı 2 dəfə turun qəhrəmanı olub. Ümumilikdə isə 27 futbolçu bunu bacarıb.

Klublar arasında isə “Qarabağ” öndədir – 10 dəfə. “Neftçi” ilə “İnter” 2-ciliyi bölür. “Rəvan” isə futbolçusu turun oyunçusu seçilməyən yeganə komandadır.

Futbolçular: Reynaldo – 6, Vaqif Cavadov – 3, Rauf Əliyev, Flavinyo – 2, digər 23 futbolçu hərəsi 1 dəfə.

Klublar: “Qarabağ” – 10, “Neftçi”, “İnter” – 7, “Bakı” – 4, “Qəbələ” – 3, “Simurq” – 2, AZAL, “Sumqayıt”, “Xəzər Lənkəran” – hərəsi 1, “Rəvan” – 0

Ölkələr: Braziliya – 12, Azərbaycan – 10, Gürcüstan – 3, Serbiya – 2, Polşa, Ukrayna, Rusiya, İsveçrə, Kamerun, Bosniya və Herseqovina, Kosta-Rika, Nigeriya, Özbəkistan - 1