[b]Topaz Premyer Liqası: 3 legioner cəzalandı[/b]
11.04.2016 - 11:32
[b]Topaz Premyer Liqası: 3 legioner cəzalandı[/b]

Topaz Premyer Liqasının XXIX turunun oyunları üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” cari çempionatdakı ən yaxşı bombardiri Aleksey Qayı itirib.

 

Ukraynalı yarımmüdafiəçi “Sumqayıt”la qarşılaşmada (1:1) mövsümdəki 4-cü sarı vərəqəsini alıb. VIII və XXIV turun “Neftçi”, XXIII turun “Xəzər Lənkəran”la görüşlərində də xəbərdarlıq alan legioner “Rəvan”la bu həftə keçiriləcək matçı buraxacaq.

 

“Qarabağ” isə ispan legioneri Migel Maderanı itirib. “Kəpəz” üzərində darmadağında alınan vərəqə onun üçün 4-cü olub. XII turun “Xəzər Lənkəran”, XIV turun “Neftçi”, XXIV turun “Zirə” ilə görüşlərində də xəbərdarlıq görən Madera qarşıdakı matçda forma geyinməyəcək. O, “Neftçi” ilə qarşılaşmanı buraxmalıdı.

 

“İnter” isə qışda transfer etdiyi Sezar Meza Kollinin xidmətindən məhrum olub. XX turun “Qəbələ”, XXIII turun “Qarabağ”, XXV turun “Rəvan”la görüşlərində cəzalanan paraqvaylı 4-ə AZAL-la görüşdə çatıb. Bu, onun “Kəpəz”lə Gəncədə oynamasına imkan verməyəcək.

0