[b]Topaz Premyer Liqası: Braziliya – Almaniya – 26:3[/b]
26.12.2014 - 12:37
[b]Topaz Premyer Liqası: Braziliya – Almaniya – 26:3[/b]

Topaz Premyer Liqasının ilk yarısında vurulan qolların ölkələr üzrə bölgüsü müəyyənləşib. Apasport.az saytının hesablamalarına görə, baş tutan 70 qarşılaşmada vurulan 187 qolun 10-u avtoqoldusa, digər qollara 23 ölkə təmsilçisi imza atıb.

 

Yerli futbolçular 64 dəfə fərqlənib ki, bu da ümumi qol sayının 36 faizidi. Milliləşən legionerlərin 11 qolunu da əlavə etsək, bu rəqəm 75-ə, faiz göstəricisi isə 42-yə çatır.

 

Daha məhsuldar olan legionerlər isə qolların yarıdan çoxunu vurub. Milliləşənləri əcnəbi kimi qəbul etsək, 22 ölkədən gələnlər adını fərqlənənlər sırasına sala bilib.

 

Braziliyalılar daha çox – 26 qol vurub. Rusiyalılar 15, Serbiya təmsilçiləri isə 11 dəfə rəqib qapısına yol tapıb. Digər ölkələrdən olan legionerlərin qol sayında isə ispaniyalılar öndədi: İspaniya - 8, Bolqarıstan - 7, Syerra-Leone, Makedoniya, Hollandiya - 5, Nigeriya, İsveçrə - 4, Konqo, Çili, Gürcüstan, Almaniya - 3, İsrail, Kamerun, Mali - 2, Latviya, Polşa, Sloveniya, Slovakiya, Seneqal – 1.