Topaz Premyer Liqasının XXII turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA referilərindən yalnız Rəhim Həsənov həftəsonu keçiriləcək qarşılaşmalarda baş hakim kimi meydana çıxacaq.
O, “Sumqayıt” – AZAL matçında fit çalacaq. Digər beynəlxalq dərəcəli hakimlərimiz Orxan Məmmədovla Əliyar Ağayev isə əlabə köməkçi hakim kimi iş başında olacaq.
XXII tur
15 fevral (bazar)
16:00. “Sumqayıt” – AZAL
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Xəlil Xəlilov
“Kapital Bank Arena”
17:00. “İnter” – “Bakı”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vüsal Qənbərov, İnqilab Məmmədov
“İnter Arena”
18:00. “Qarabağ” – “Simurq”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
Tofiq Bəhrəmov adına Respublika stadionu
18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu