Topaz Premyer Liqasında XXII turun oyunlarının vaxtı və yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmaları eyni gündə keçiriləcək tura Sumqayıtda start veriləcək.
Belə ki, “Sumqayıt”la AZAL arasında matç 16:00-da başlayacaq. Bir saat sonra isə “İnter”lə “Bakı” arasında paytaxt derbisi start götürəcək.
Tura daha çox maraq kəsb edən iki oyunla yekun vurulacaq. Bu matçlarda “Qarabağ” “Simurq”, “Qəbələ” isə “Neftçi”ni qəbul edəcək.
XXII tur
15 fevral (bazar)
16:00. “Sumqayıt” – AZAL
“Kapital Bank Arena”
17:00. “İnter” – “Bakı”
“İnter Arena”
18:00. “Qarabağ” – “Simurq”
Tofiq Bəhrəmov adına Respublika stadionu
18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu