[b]Topaz Premyer Liqası: XXIV turun oyunlarının vaxtı açıqlandı[/b]
24.02.2015 - 12:35
[b]Topaz Premyer Liqası: XXIV turun oyunlarının vaxtı açıqlandı[/b]

Topaz Premyer Liqasında XXIV turun oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 28-də baş tutacaq tura “İnter”lə “Simurq” arasında qarşılaşma ilə start veriləcək.

 

Saat 15:00-da başlayacaq bu matçdan 1 saat sonra “Sumqayıt” – “Neftçi” görüşü start götürəcək. Turun digər iki qarşılaşması isə 17:00-da başlayacaq.


XXIV tur

28 fevral (şənbə)

15:00. “İnter” – “Simurq”
“İnter Arena”

16:00. “Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”

17:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu

 

17:00 “Xəzər Lənkəran” – “Bakı”
“Xəzər Lənkəran” mərkəzi stadionu