[b]Topaz Premyer Liqasında bir ilk - FOTO[/b]
07.12.2014 - 17:35
[b]Topaz Premyer Liqasında bir ilk - FOTO[/b]

Topaz Premyer Liqasında bir ilk yaşanıb. Apasport.az saytının məlumatına görə, XV turun “Qarabağ” – “Neftçi” matçında ilk dəfə olaraq spreydən istifadə olub.

 

Görüşün baş hakim Əliyar Ağayev 14-cü dəqiqədə "Neftçi"nin qapısına təyin olunan cərimə zərbəsi zamanı və canlı səddin qarşısında spreylə xətt çəkib.

 

Qeyd edək ki, spreyldən ilk dəfə Braziliyada keçirilən dünya çempionatının oyunları zamanı tədbiq olunub.