[b]Topaz Premyer Liqasında yeni hakimlər[/b]
15.12.2014 - 15:04
[b]Topaz Premyer Liqasında yeni hakimlər[/b]

Topaz Premyer Liqasının 2014/15 mövsümünün III dövrəsinin oyunlarına yeni hakimlər də təyinat ala biləcək. Bu barədə apasport.az saytına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, yanvarda Antalyada keçiriləcək toplanışdan sonra elitaya yeni hakimlər buraxılacaq: “Biz çalışırıq ki, hər Antalya toplanışından sonra çempionata yeni hakimlər buraxaq. Bu dəfə də belə fikrimiz var. Toplanış müddətində özünü yaxşı tərəfdən göstərən 1-2 hakimə Premyer Liqada idarəçilik etmək imkanı yaradacağıq. Biz həmişə gənc hakimlərə dəstək olmuşuq”.

 

Qeyd edək ki, təxminən 38 nəfərdən ibarət olacaq hakimlər heyəti yanvarın 13-də Antalyaya yollanacaq. İki həftəlik toplanışdan sonra kollektiv ayın 27-də Bakıya qayıdacaq.