Topaz Premyer Liqasının 2014/15 mövsümündə yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, AZAL-ın futbolçusu Tomi Kostadinov 4 dəqiqəyə 2 qol vuran ilk futbolçu kimi mövsümün rekordçusu olub.
Bolqarıstanlı legioner buna “Bakı” ilə Topaz Premyer Liqasının bu gün baş tutan XVII turunun qarşılaşmasında 42 və 45-ci dəqiqələrdə qol sevinci yaşamaqla nail olub.
O, “Simurq”un serbiyalı legioneri Draqan Çeranın rekordunu yeniləyib. Sonuncu XIII turun noyabrın 23-dəki qarşılaşmasında 5 dəqiqəyə 2 qol vurmuşdu. Çeran “Qəbələ” ilə səfər oyununun 79 və 83-cü dəqiqələrində fərqlənmişdi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı