[b]Topaz Premyer Liqasını yüksəldən qurumda islahat[/b]
31.03.2014 - 10:14
[b]Topaz Premyer Liqasını yüksəldən qurumda islahat[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasında (İFFHS) islahatlara start verilib. Apasport.az saytının məlumatına görə, qurumun İcraiyyə Komitəsinin fövqəladə yığıncağında Saleh Səlim Bahvini İFFHS-ın yeni prezidenti seçilib.

 

BƏƏ-nin Dubay şəhərində keçirilən yığıncaqda ərəb iş adamı bütün üzvlərin səsini toplamağa nail olub. İFFHS-ın təsisçisi və ilk prezidenti Alfredo Pojenin ölümündən sonra böhrana düşən qurumu bərpa edən isveçrəli Robert Ley isə tutduğu rəhbər postunu vitse-prezident kimi davam etdirəcək.

 

Yeni prezidentin təyinatından sonra qurumun Madrid (İspaniya) və Dubayda da ofislərinin açılmasına, İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılmasına da qərar verilib.

 

Qeyd edək ki, dünya futbolu ilə bağlı statistik cədvəllər açıqlayan İFFHS Topaz Premyer Liqasını planetin 43-cü çempionatı hesab edir.