[b]Türkiyə mətbuatı: “Qarabağ”a qarşı biabırçı səhv[/b]
12.12.2014 - 12:22
[b]Türkiyə mətbuatı: “Qarabağ”a qarşı biabırçı səhv[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”i ilə keçirdiyi oyun Türkiyə mətbuatının da gündəmindən yayınmayıb. Apasport.az-ın məlumatına görə, qonşu ölkənin NTV-Spor saytı “Qarabağ”ın təmiz qolunun sayılmadığını xüsusi vurğulayıb.

 

Türkiyədən olan həmkarlarımız Avropa Liqasında “Qarabağ”ın növbəti mərhələyə vəsiqəsi göz görə-görə əldən getdiyini vurğulayıblar: “Qarabağ” qələbə qazanacağı təqdirdə 1/16 finala adlayacaqdı. Lakin çexiyalı hakim Miroslav Zelinka biabırçı səhvə yol verdi. Riçard Almeydanın 90+4-cü dəqiqədəki zərbəsindən sonra top rəqib müdafiəçiyə dəyərək tora düşdü. Növbəti mərhələyə vəsiqəni öncədən təmin edən “İnter” oyunçuları məyus, “Qarabağ”lılar isə böyük sevinc içində idilər. Lakin Zelinka qolu ləğv etdi...”.

 

Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı 0:0 hesabı ilə tamamlandığından, Ağdam komandası növbəti mərhələyə adlaya bilməyib.