[b]Türkiyədəki Azərbaycan duelində Kamran Ağayev məğlub oldu[/b] - VİDEO
27.09.2015 - 23:20
[b]Türkiyədəki Azərbaycan duelində Kamran Ağayev məğlub oldu[/b] - VİDEO

Türkiyə PTT 1-ci liqasında 6-cı turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu turda milli komandamızın şərəfini qoruyan iki futbolçumuzun klubları qarşı-qarşıya gəliblər.

 

Kamran Ağayevin qapıçısı olduğu “Karşıyaka” Ufuk Budakın komandası “Qaziantep BB” ilə oynayıb.

 

Qarşılaşma Ufukun komandasının minimal hesablı qələbəsi ilə başa çatıb. Maraqlıdıd ki, Kamran Ağayevi məhz millimizin digər üzvü, Ufuk Budak məyus edib.

 

Türkiyə PTT 1-ci iqası

VI tur

 

“Qaziantep BB” – “Karşıyaka” - 1:0

Qol: Ufuk Budak, 88.

Qırmızı vərəqə: Alkan, 90 - Qorxmaz, 90.