Türkiyədə bədbəxt hadisə baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 18 yaşlı futbolçu Duran Orhan gözlənilmədən vəfat edib.
Hadisə səhər yeməyi zamanı olub. Belə ki, çörək nəfəs borusuna gedincə, Orhanın durumu pisləşib. Ailəsi tərəfindən dərhal xəstəxanaya aparılan gənc oyunçunu həkimlər xilas edə bilməyib. Nəticədə Kayserinin həvəskar komandalarından olan “Arqıncıkspor”un üzvü boğularaq vəfat edib. Hadisədən dərhal sonra Kayseri futbol ictimaiyyəti xəstəxanaya axın edib.
Qeyd edək ki, “Arqıncıkspor”un kapitanlarından olmuş Duran Orhan ötən mövsüm dizindən əməliyyat edilmiş və uzun fasilədən sonra yenidən futbola dönmüşdü.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi