[b]Bakıdakı turnirin formatı dəyişdi: qrup sistemi ləğv edildi[/b]
14.01.2016 - 11:56
[b]Bakıdakı turnirin formatı dəyişdi: qrup sistemi ləğv edildi[/b]

Qış təlim-məşq toplanışını ölkə daxilində keçirən komandalar arasında təşkil olunan turnirin formatında dəyişiklik edilib. Bu barədə məlumatı apasport.az saytına turnirin təşkilatçılarından olan AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov verib.

 

Onun sözlərinə görə, “Rəvan”ın imtinasından sonra 5 komanda qalıb ki, onları da iki qrupa bölmək mümkün deyil: “Bu turniri ilk dəfə təşkil etdiyimizdən, bəzi çatışmazlıqların olacağını gözləyirdik. Əslində, biz istəyirdik ki, Türkiyəyə getməyən 5 Premyer Liqa klubunu da turnirə cəlb edək. Elə oldu ki, “Kəpəz”in Yevlaxdakı təlim-məşq toplanışı gec başa çatacağı üçün onlar qatıla bilmədilər. Amma “Xəzər Lənkəran” və “Rəvan”ın nümayəndələri püşkatmada iştirak edirdilər. Onlar turnirə qatılacaqdılar. Lakin müxtəlif səbəblərdən hər iki komanda yarışa qoşula bilmədi. Bu səbəbdən də qərara aldıq ki, qrup formatını ləğv edək, 5 komandanın iştirakı ilə bir dövrəli sistemlə turnir keçirək. Bu bir dövrənin yekununda ən çox xal toplayan komanda kuboku qazanacaq”.

 

Qeyd edək ki, oyunları “Bayıl Arena”da keçiriləcək turnirdə “Neftçi”, AZAL, “Neftçala”, MOİK və “Şərurspor” komandaları iştirak edəcəklər.

0