19 yaşadək futbolçular arasında Avropa çempionatının 2018/19 mövsümünün püşkatmasının tarixi və səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir dekabrın 6-da baş tutacaq.
Püşkatma mərasiminə Bakı vaxtı ilə saat 13:00-da start veriləcək. Portuqaliya və Almaniya yarışa elit-raunddan başladığından ilkin seçmə mərhələdən azaddı.
Final mərhələsi Ermənistanda keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizəyə isə 52 komanda başlayacaq. Azərbaycan millisi də bu yığmalar arasında yer alıb.
U-19-un final mərhələsi Ermənistanda keçiriləcək yarışın seçmə mərhələsinə qatılması qeyri-adilik deyil. Çünki yığmamızın həlledici raunda yüksələcək 7 komanda sırasında düşmək şansları çox aşağıdı. Azərbaycanda keçirilən U-17-lər arasında AVRO-2016-nın seçmə oyunlarında da Ermənistan mübarizə aparmış, lakin ilkin raundda mübarizəni dayandırmışdı.
Bu komandalar reytinqinə görə indidən 4 səbətə ayrılıb. Azərbaycan U-19 yığması gücünə görə 3-cü olan C səbətində qərarlaşıb.
A: İngiltərə, Avstriya, Fransa, Hollandiya, İspaniya, Ukrayna, Çexiya, Serbiya, Rusiya, İtaliya, Yunanıstan, İsveç, Gürcüstan
B: Xorvatiya, İsrail, Belçika, Türkiyə, Bolqarıstan, Slovakiya, İrlandiya, Macarıstan, Şotlandiya, İsveçrə, Danimarka, Polşa, Monteneqro
C: Norveç, Bosniya və Herseqovina, Uels, Sloveniya, Rumıniya, Kipr, Litva, Finlandiya, Şimali İrlandiya, İslandiya, Azərbaycan, Belarus, Makedoniya
D: Latviya, Albaniya, Lüksemburq, Estoniya, Malta, Andorra, Farer adaları, Moldova, Lixtenşteyn, Cəbəllütariq, Qazaxıstan, San Marino, Kosovo
Bu mərhələ 2018-ci il noyabrın 20-dək başa çatacaq. 13 qrupun hərəsindən iki ən yaxşı komanda elit-raunda vəsiqə əldə edəcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi