[b]Üçüncü üç[/b]
26.10.2015 - 09:40
[b]Üçüncü üç[/b]

Topaz Premyer Liqasının IX turu “Neftçi” üçün antirekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, AZAL-la səfər matçında 1:2 hesabı ilə uduzan “ağ-qaralar”ın məğlubiyyət seriyasını 3-ə çatıb.

 

VII turda “Zirə”dən 2, VIII turda “Qəbələ”dən 1 cavabsız qol buraxan Samir Əliyevin komandası ardıcıl 3 dəfə uduzmaqla, Azərbaycan çempionatları tarixində ən uğursuz nəticəsini təkrarlayıb.

 

Belə ki, “Neftçi”nin 1992-ci ildə start götürən ölkə birinciliyindəki ən uzun məğlubiyyət seriyası da üçə bərabərdi. Bunadək 2 dəfə belə seriyası olan bakılılar antirekordu növbəti dəfə təkrarlayıb.

 

“Ağ-qaralar” ilk dəfə 2009-cu ildə “qara zolağ”a düşüb. Mövsümün I dövrəsində “Simurq”, “Qarabağ” və “Qəbələ” ilə qarşılaşmaların hamısında bakılılar 0:1 hesabı ilə uduzmuşdu.

 

2012-ci ildə - çempionluqların sıralandığı vaxtda da “Neftçi” ardıcıl 3 dəfə uduzub. 2011/12 mövsümündə qızıl medalı təmin edəndən sonra “Bakı”ya 0:2, “Qəbələ”yə 0:1 hesabı ilə uduzan çempion növbəti çempionata da məğlubiyyətlə başlayıb. “Ağ-qaralar” 2012/3 mövsümünə “Qarabağ”a 0:1 hesablı məğlubiyyətlə başlayıb.

 

Bir sözlə, “Neftçi” ölkə çempionatlarında ardıcıl 3 məğlubiyyətdən ibarət seriyanı 3-cü dəfə yaşayır. Lakin növbəti turun “İnter”lə qarşılaşmasında antirekord yenilənə də bilər.  Bunun üçün “bankirlər”in də qalib gəlməsi lazımdı. “Neftçi” isə 4-ə bərabər yeni antirekordun müəyyənləşməməyi üçün ən azı 1 xal qazanmalıdı.

 

0