[b]UEFA-dan meydana çıxmaqdan imtina edən milliylə bağlı araşdırmaya start[/b]
24.10.2017 - 15:07
[b]UEFA-dan meydana çıxmaqdan imtina edən milliylə bağlı araşdırmaya start[/b]

UEFA Danimarka Futbol Federasiyasına qarşı araşdırmaya başlayıb. Apasport.az saytının məlumatına görə, buna ölkənin qadınlardan ibarət yığması səbəb olub.

 

Belə ki, danimarkalı xanımlar DÇ-2019-un İsveçlə oyununa çıxmaqdan imtina edib. Maliyyə məsələlərində federasiya ilə ortaq məxrəcə gələ bilməyən futbolçuların bu qərarı üzündən matç baş tutmamışdı.

 

Düzdü, sonradan əldə olunan razılıq Danimarkanın Rumıniya ilə bugünkü matçının keçirilməsinə imkan yaradıb. Amma İsveçlə görüşə görə UEFA-nın cəzası qaçılmazdı. Qurum məsələylə bağlı noyabrın 16-da qərar verməyi planlaşdırıb.