[b]UEFA-nın yeni prezidenti seçildi[/b]
24.03.2015 - 17:07
[b]UEFA-nın yeni prezidenti seçildi[/b]

UEFA prezidenti Mişel Platini postunda qalıb. Apasport.az saytının məlumatına görə, əfsanəvi fransalı futbolçu bu gün növbəti dəfə UEFA prezidenti seçilib.

 

UEFA-nın bugünkü Konqresində keçirilən seçki zamanı Platini prezidentliyə yeganə namizəd olub və 3-cü dəfə bu postu tutmağa layiq görülüb. 60 yaşlı Platini qarşıdakı 4 ildə də Avropanı birləşdirən quruma rəhbərlik edəcək.

 

Qeyd edək ki, Mişel Platini 2007-ci ildən UEFA-ya başçılıq edir.