[b]UEFA-ya ŞOK polis basqını[/b]
06.04.2016 - 19:41
[b]UEFA-ya ŞOK polis basqını[/b]

UEFA-nın Siondakı mənzil-qərargahına İsveçrə polisi tərəfindən basqın olub. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, hüquq-mühafizə orqanları ofisdə axtarış aparıblar.

 

Buna səbəb UEFA-nın keçmiş baş katibi, hazırda isə FİFA prezidenti olan Canni İnfantinonun adının dünya səviyyəli maliyyə maxinasiyasında – “Panama papers”də (Panama vərəqləri) hallanmasıdı.

 

İnfantinonu Çempionlar Liqası yayım haqqlarını qeyri-leqal yollarla Panama şirkətinə satmaqda günahlandırırlar.

 

Qeyd edək ki, FİFA prezidenti bu iddiaları qətiyyətlə təkzib edib.

0