[b]UEFA: “Qarabağ” “Sent-Etyen” və “Dnepr”dən öndədi[/b]
12.12.2014 - 15:05
[b]UEFA: “Qarabağ” “Sent-Etyen” və “Dnepr”dən öndədi[/b]

Avropa Liqasındakı son təmsilçimiz “Qarabağ” da mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, UEFA “İnter”lə son qarşılaşmada qolsuz bərabərə qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyən “Qarabağ”ın komanda şəklində statistik göstəricilərini açıqlayıb.

 

Ən diqqətçəkən məqam ötürmə sayındadı. Belə ki, “Qarabağ” 6 oyunda ümumilikdə 2414 ötürmə ilə yadda qalıb. Maraqlıdı ki, bu baxımdan Qurban Qurbanovun komandası PSV, “Trabzonspor”, “Seltik”, “Zalsburq”, “Dinamo” (Moskva), “Panatinaikos”, “Lill” və “Standard” kimi tanınmış klubları, eləcə də qrupdakı rəqibləri olan “Sent-Etyen” və “Dnepr”i qabaqlayıb.

 

“Qarabağ”ın qrup mərhələsindəki ümumi statistikası:

Zərbə sayı – 45

Çərçivəyə düşən zərbə sayı – 15

Qeyri-dəqiq zərbə sayı – 19

Orta hesabla hər oyunda zərbə sayı – 7,5

Rəqib futbolçu tərəfindən qarşılanan zərbə sayı – 11

Qapı dirəyindən və tirdən dönən zərbə sayı - 0

Ötürmə sayı – 2414

Dəqiq ötürmə sayı – 2073

Ötürmə sayı faizlə - 86%

Qazanılan künc zərbəsi sayı – 13

Hər oyunda orta hesabla qazanılan künc zərbəsi sayı – 2,6

Rəqiblərin yerinə yetirdiyi künc zərbəsi sayı – 21

Rəqiblərin orta hesabla hər oyunda yerinə yetirdiyi künc zərbəsi sayı – 4,2

Futbolçuların düşdüyü ofsayd sayı – 7

Əleyhinə verilən cərimə sayı – 87

Lehinə verilən cərimə sayı – 76

Futbolçularının aldığı sarı vərəqə sayı – 9

Futbolçularının aldığı qırmızı vərəqə sayı – 0