[b]UEFA “Beşiktaş”la bağlı araşdırmaya başladı[/b]
28.09.2017 - 17:25
[b]UEFA “Beşiktaş”la bağlı araşdırmaya başladı[/b]

“Beşiktaş” klubu cəzalandırıla bilər. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, buna səbəb Çempionlar Liqasının II turunda “Leypsiq”lə qarşılaşmada baş verənlərdi.

 

Belə ki, G qrupu çərçivəsində “Vodafone Park” stadionunda baş tutan görüşün gedişində işıqlar sönüb. Həmçinin tribunalar arasındakı pilləkənlərdə azarkeşlərin boş yer qoymamaları qitə futbol qurumunu xəbərdarlıq göndərməyə vadar edib. Bu üzdən UEFA İstanbul nəhəngi ilə bağlı araşdırmaya başlayıb. Araşdırmanın nəticəsi oktyabrın 19-da açıqlanacaq.

 

Qeyd edək ki, “Beşiktaş”ın 2:0 hesabı ilə qələbə qazandığı oyunun 60-cı dəqiqəsində stadionda bəzi işıqlar söndüyündən, görüş 10 dəqiqə dayandırılıb.