Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan Ukrayna “Dnepr”inin UEFA-ya müraciətinin nəticəsi məlum olub. Apasport.az saytının məlumatına görə, ilk iki ev oyununu Kiyevdə keçirən Dnepropetrovsk təmsilçisinin mərhələni başqa məkanda başa vurmaq arzusu gerçəkləşməyib.
Belə ki, “Dnepr” VI turun Fransa “Sent-Etyen”i ilə oyununun Lvovda keçirilməsi ilə bağlı UEFA-ya xahiş ünvanlamışdı. Lakin qurum dekabrın 11-də baş tutacaq matçla bağlı qərarını dəyişməyib. “Yox” cavabı alan ukraynalılar Fransa təmsilçisi ilə də Kiyevdə oynamalı olacaq.
Qeyd edək ki, dekabrın 11-də F qrupunda keçiriləcək “Qarabağ” – “İnter” və “Dnepr” – “Sent-Etyen” qarşılaşmalarının hər ikisi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək