[b]UEFA “Qəbələ” ilə bağlı səhvini düzəltdi[/b]
10.07.2015 - 13:43
[b]UEFA “Qəbələ” ilə bağlı səhvini düzəltdi[/b]

UEFA “Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsində “Dinamo”nun (Tiflis) qapısına vurduğu qolla bağlı dəyişiklik edib. Apasport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, “Qəbələ”nin ilk qolunun müəllifi kimi Asif Məmmədovun adı yazılıb.

 

Dünənki qarşılaşmanın 88-ci dəqiqəsində sağ cinahdan ötürülən topu Asif Məmmədov başla qapıdan keçirsə də, UEFA qolun müəllifi kimi Sergey Zenyovu göstərmişdi. Lakin təkrardan da görünür ki, Məmmədovun zərbəsindən sonra top rəqib müdafiəçisinə dəyərək qapıdan keçib. UEFA nümayəndələri də epizoda təkrar baxdıqdan sonra qolu Asif Məmmədovun adına yazıblar.

 

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində “Dinamo” (Tiflis) ilə qarşılaşan “Qəbələ” ilk oyunda (1:2) məğlub olmasına baxmayaraq, cavab görüşündə qələbə qazanaraq (2:0) II mərhələyə vəsiqə əldə edib.